25 
May
2020
15:09
1221

KİV: Gürcüstanın baş naziri dəyişəcək

Gürcüstanın Baş naziri Giorgi Qaxarianın vəzifəsini tərk edəcəyi gözlənilir.

InterPress.ge xəbər verir ki, bu barədə yerli “Mtavari arxi” telekanalı məlumat yayıb.

Məlumata əsasən, G.Qaxarianı Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri Qriqol Liluaşvili əvəzləyəcək.

Kanal qeyd edib ki, hakim Gürcü Arzusu Partiyası “müxalifət” yaradacaq və G.Qaxaria onun lideri olacaq.

Hökumət rəsmiləri kadr dəyişiklikləri ilə bağlı yayılan məlumata hələ heç bir münasibət bildirməyiblər.(report)

Bizimlə əlaqə saxlayın

Digər "siyasət" xəbərləri