21 
May
2020
17:31
1092

İrakli Çikovani: "Müəyyən məhdudiyyətlər qüvvədə qalacaq"

"Sabahdan sonra ölkədə fövqəladə vəziyyət və komendant saatı olmayacaq, ancaq müəyyən məhdudiyyətlər qüvvədə qalacaq, çünki onlar covid-19-la mübarizə prosesininin davam etməsini təmin etmək üçündür".

InterPress.ge xəbər verir ki, bu barədə baş nazirin müşaviri və mətbuat katibi İrakli Çikovani deyib.

“Məhdudiyyətləri və rekomendasiyaları maksimal şəkildə qoruyan ictimaiyyətimizə təşəkkür etmək istəyirəm. Kiçik istisnalar olsada, nəticədə, dövlət, iqtidar, siyasi dəstə və ictimaiyyətimiz covid-19-u dayandıra bildik” – dedi İrakli Çikovani.

 

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri