1 USD =3.072 GEL 1 EUR =3.642 GEL 1 AZN =1.807 GEL 1 TRY =0.441 GEL 1 RUB =4.157 GEL
16 
May
2020
10:22
957

İrakli Kobaxidze muxalifət və hakimiyyət arasında imzalanan razılaşmadan danışdı

"Hökumət və müxalifət arasında martın 8-də əldə olunmuş razılaşmada Qiqi Uqulava və İrakli Okruaşvilinin azadlığa buraxılmasına dair heçnə yazılmayıb".

InterPress.ge xəbər verir ki, bu barədə ″Gürcü Arzusu″-nun icraçı katibi, İrakli Kobaxidze mətbuat konfransında, ünvanlanan suala cavab olaraq deyib.

“Dəfələrlə bunun yalan olduğuna dair bəyanat vermişik. 8 Mart razılaşmasına əsasən, 2020-ci ilin parlament seçkiləri üçün seçki sisteminin formalaşmasını nəzərdə tutan və ikincisi, ədalət mühakiməsinin qeyri-müvafiq siyasiləşdirilməsini nəzərdə tutan sənədi imzaladıq. Ədalət mühakiməsi sisteminin qeyri-müvafiq siyasiləşdirilməsi məhz müxalifət nümayəndələrinin verdikləri bəyanatlardır. Nəticə etibarı ilə, bu yalandır, biz bunu dəfələrlə demişik və bir daha təkrar edə bilərik ”- deyə İrakli Kobaxidze jurnalistlərə bildirib.

Bizimlə əlaqə saxlayın

FB

Digər "siyasət" xəbərləri