1 USD =3.076 GEL 1 EUR =3.636 GEL 1 AZN =1.809 GEL 1 TRY =0.424 GEL 1 RUB =4.181 GEL
12 
May
2020
13:02
971

Cim Riş: "Gürcüstan siyasi partiyalarının mart razılaşmasının şərtlərinə tam əməl edəcəyini gözləyirəm"

"Gürcüstan siyasi partiyalarının aralarında əldə olunan mart razılaşmasının şərtlərinə tam əməl edəcəyini gözləyirəm".

InterPress.ge xəbər verir ki, bu barədə ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri Cim Rişin Twitter-də yayımlanan bəyanatında deyilir.

"Gürcüstan siyasi partiyalarının mart razılaşmasının şərtlərinə, o cümlədən siyasi məhbusların azad olunmasına və yeni seçki sisteminə doğru irəliləməsinə ümid edirəm", - bunu senator Cim Riş bəyan edib.

Eyni zamanda, Cim Riş, ABŞ səfirliyin dünən yaydığı ABŞ bəyanatıda bölüşdü. ABŞ-ın Gürcüstandakı səfirliyi qeyd edir: “Əldə olunan razılaşma ictimaiyyətə yaxşı məlumdur. Həm gürcü xalqı, həm də beynəlxalq ictimaiyyət tərəfindən eyni dərəcədə bəyənildi. Qeyd edirik ki, saziş iki hissədən ibarətdir: biri seçki sisteminə, digəri məhkəmə sisteminə siyasi müdaxiləyə bənzər məsələlərin həllinə yönəlmişdir. Bütün tərəfləri razılaşmanın hər iki hissəsinə tam əməl etməyə çağırırıq ki, müvəffəqiyyətlə həyata keçirilsin. "

Bizimlə əlaqə saxlayın



Digər "siyasət" xəbərləri