23 
Mat
2020
08:05
4491

Marneuliyə hərbi qüvvələr cəlb edildi - VİDEO

Bolnisi və Marneulidə sərt karantin rejimi ilə əlaqədar olaraq Gürcüstan Müdafiə Qüvvələri koronavirusun yayılmasının qarşısının alınması tədbirlərinə cəlb olunur.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Müdafiə naziri İrakli Ğaribaşvili sosial şəbəkədə yazıb.

Onun sözlərinə görə, Müdafiə Qüvvələri Marneuli və Bolnisi Bələdiyyələri ilə birlikdə xüsusi buraxılış məntəqələri təşkil edəcək və qoruyacaq.

"Hökümət Koordinasiya Şurasının qərarı ilə Gürcüstan Müdafiə Qüvvələri Bolnisi və Marneulidə sərt karantin rejimi ilə əlaqədar Koronavirusun yayılmasının qarşısının alınması işləri ilə məşğuldur.

Daxili İşlər Nazirliyi ilə tam koordinasiyada Müdafiə Qüvvələri Marneuli və Bolnisi Bələdiyyələri ilə birlikdə xüsusi yoxlama yerləri təşkil edəcək və mühafizə edəcəkdir.

Koronavirus yalnız birgə səylərlə həll edilə bilən bir pandemiyadır və əlbəttə ki, ordumuz, həmişə olduğu kimi, xalqımızın və dövlətimizin ehtiyac duyduğu yerdədir və olacaqdır.

Biz Gürcüstana xidmət edirik! "- Ğaribashvili yazır.

 

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri