Xaricdə 6 aydan çox qalan vətəndaşlar bu proqramdan yararlana bilməyəcək
1 iyun tarixindən etibarən Gürcüstanın ümumi səhiyyə proqramından ölkə hüdudlarından kənarda fasiləsiz olaraq 6 ay və daha uzun müddət qalan Gürcüstan vətəndaşları yararlana bilməyəcək.
InterPress.ge xəbər verir ki, bu barədə Məcburi Köçkünlər, Əmək, Səhiyyə və Sosial Müdafiə naziri Mixeil Sarjveladzenin imzaladığı əmrində qeyd olunub.
Sənəddən aydın olur ki, müvafiq qərar artıq 2026-cı il yanvarın 1-dən qüvvəyə minib. Qərara əsasən, 2026-cı il iyunun 1-dən başlayaraq hər ay icraçı qurum tərəfindən planlı ambulator tibbi xidmət çərçivəsində benefisiarların qeydiyyat modulunda ölkə xaricində fasiləsiz 6 ay və daha artıq müddət qalan şəxslərin qeydiyyatı dayandırılacaq.
Sənəddə bildirilir ki, həmin şəxslərin ümumi səhiyyə proqramına yenidən qeydiyyatı Gürcüstan hökumətinin 21 fevral 2013-cü il tarixli, №36 saylı qərarı ilə təsdiq edilmiş “Ümumi səhiyyə proqramına keçidlə bağlı bəzi tədbirlər haqqında” sənədin 23-cü maddəsinin 4-cü bəndində müəyyən edilmiş şərtlərə uyğun həyata keçiriləcək.
Eyni zamanda, benefisiarların qeydiyyat statusunun yoxlanılması üçün əlavə meyarların 2026-cı il iyunun 1-dək nazirin müvafiq hüquqi aktı ilə təsdiqlənəcəyi qeyd olunub.


