
Bəzi narkotik vasitələrin və psixotrop maddələrin xüsusi böyük miqdar hədləri azaldılır
Bəzi narkotik vasitələrin və psixotrop maddələrin xüsusi böyük miqdar hədlərinin azaldılması nəzərdə tutulur.
InterPress.ge xəbər verir ki,bu dəyişiklik müvafiq narkotik maddələrə görə nəzərdə tutulan məsuliyyətin sərtləşdirilməsinə səbəb olacaq.
“Narkotik vasitələr, psixotrop maddələr, prekursorlar və narkoloji yardım haqqında” qanuna planlaşdırılan dəyişikliklərə əsasən, aşağıdakı narkotik vasitələrin xüsusi böyük miqdar hədləri azaldılır:
• Buprenorfin,
• Kokain (əsas və duz formaları),
• Marixuana (qurudulmuş və yaş halda),
• Psilosibin və ya psilosin tərkibli istənilən növ göbələk,
• Tetrahidrokannabinollar (bütün izomerlər və onların stereo-kimyəvi variantları),
• Psixotrop maddələr - ketamin və pregabalin.
Bu dəyişiklik parlamentdə artıq irəli sürülən antinarkotik qanunvericilik paketinin bir hissəsidir. Layihənin müəllifləri və təşəbbüskarları parlament üzvləri - Arçil Gorduladze, Tornike Çeişvili, Aleksandre Tabatadze, Davit Matikaşvili, Rati Yonatanışvili, Aluda Quduşauri, Tengiz Şarmanashvili və Guram Maçarashvilidir.