11 
Mar
2025
14:33
125

Teatr və Kino Dövlət Universitetinin qarşısında tələbələrin etiraz aksiyası davam edir

Bu gün də Teatr və Kino Dövlət Universitetinin qarşısında tələbələrin həmrəylik aksiyası keçirilir.

InterPress.ge xəbər verir ki, aksiyada müxtəlif universitetlərin tələbələri, professorlar, vətəndaş fəalları və aktyorlar iştirak edirlər.

Etirazçılar universitetin rektoru ilə görüş tələb edirlər. Universitetin qarşısında polis qüvvələri də səfərbər edilib.

Teatr Universitetinin bəzi tələbələrinin bildirdiyinə görə, etiraz aksiyalarına qoşulduqlarına görə onların tələbə statusu ləğv edilib. Bu hadisə universitet qarşısında genişmiqyaslı etiraza səbəb olub.

Bu məsələ ilə bağlı universitetin administrasiyası da rəsmi açıqlama yayıb. Bildirilib ki, tələbələrin statusunun ləğvi ilə bağlı rektorun rəsmi qərarı hələ verilməyib və tələbələrin Etika Komissiyasının qərarını apellyasiya etmək hüququ var.

Bizimlə əlaqə saxlayın