Mtsxeta-Stepantsminda-Lars beynəlxalq magistral yolunun Qudauri (Poçt) - Kobi hissəsində qar uçqunu təhlükəsinin yüksək olması səbəbindən bütün növ nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti qadağan edilib.
InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Avtomobil Yolları Departamenti yayıb.
Yolun açılması ilə bağlı yenilənmiş məlumat veriləcəyi gözlənilir.
