Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

“Mtavari Arxi” televiziya kanalı canlı yayımları dayandırdı

“Mtavari Arxi” televiziya kanalı canlı yayımları dayandırdı
Dinləmək üçün basın

"Mtavari Arxi” televiziya kanalı bütün canlı yayımlarını dayandırdığını elan edib.

"Mtavari Arxi” televiziya kanalı bütün canlı yayımlarını dayandırdığını elan edib.

InterPress.ge xəbər verir ki, kanalın verdiyi rəsmi açıqlamaya görə, bu qərarın səbəbi kanalın həmtəsisçisi Zaza Okuashvilinin süni şəkildə yaratdığı maliyyə böhranıdır.

“Zaza Okuashvilinin süni maliyyə böhranı səbəbindən bu mərhələdə bütün canlı yayımlar dayandırılıb. Canlı yayımlar gündəlik əlavə xərclər tələb etdiyindən, televiziya gündəlik əməliyyatlar üçün vəsaitsiz qalıb”, - deyə bəyanatda bildirilir.

Dayandırılan proqramlar:
• Xəbər buraxılışları
• Xüsusi yayımlar
• “Post-Factum”
• “Mtavari Şənbə günü”
• “Günün Qonağı”
• “Fərqli Aksentlər”
• “Gecənin Mtavarisi”
• “Sənin Səhərin”
• “Sənin Günorta Saatın”
• “Sənin Gecən”
• “Ədəbiyyat Üçbucağı”
• “Mtavari Dünyada”

Hazırda kanalın efirində yalnız əvvəlcədən yazılmış verilişlər, köhnə proqramların təkrarı, seriallar və filmlər yayımlanır.

“Mtavari Arxi” alternativ maliyyə mənbələri axtardığını və tam yayımların bərpası üzərində çalışdığını bildirib.

"Əsas olan sizsiniz!” - deyə televiziya kanalı tamaşaçılarına müraciət edib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Poniçalada baş verən partlayışda xəsarət alan İlia İsəyev xəstəxanada vəfat edibAvropa Parlamentində Gürcüstanla bağlı debatlar keçiriləcəkDövlət Qrantlarının İdarə Edilməsi Agentliyi yanvarın 1-dən ləğv ediləcəkMarneulidə MMA turniri keçirilibMarneulidə insan alveri, zorakılıq və seksual xarakterli digər hərəkətlərdə ittiham olunan şəxs saxlanıldıSon xəbərlərə bax →