Pavel Herçinski: Hazırda Gürcüstanda gördüyümüz zorakı hərəkətlər əsas demokratik dəyərlərə açıq şəkildə uyğun gəlmir
Hazırda Gürcüstanda müşahidə etdiyimiz hüquq müdafiəçilərinə, vətəndaş cəmiyyəti nümayəndələrinə və fəallarına, jurnalistlərə və siyasətçilərə qarşı zorakı hərəkətlər, hədə-qorxu və təhdidlər iyrəncdir və əsas demokratik dəyərlərə açıq şəkildə uyğun gəlmir.
InterPress.ge xəbər verir ki, bu barədə Avropa İttifaqının Gürcüstandakı səfiri Pavel Herçinski Tbilisi İnsan Haqları Evinə səfəri zamanı bildirib.
“Avropa İttifaqı Gürcüstanda və bütün dünyada insan haqlarını müdafiə edənlərin yanındadır. Hazırda Gürcüstanda müşahidə etdiyimiz hüquq müdafiəçilərinə, vətəndaş cəmiyyəti nümayəndələrinə və fəallarına, jurnalistlərə və siyasətçilərə qarşı zorakı hərəkətlər, hədə-qorxu və təhdidlər iyrəncdir və əsas demokratik dəyərlərlə açıq şəkildə bir araya sığmır".- səfir qeyd edib.


