Donald Tramp: Bu Amerikanın Qızıl Dövrü olacaq
"Bu Amerikanın qızıl dövrü olacaq".
InterPress.ge xəbər verir ki, Donald Tramp bunu ABŞ prezident seçkilərində qalib gəldikdən sonra Floridada toplaşan tərəfdarlarına bildirib.
İndi köməyə ehtiyacı olan ölkəmizi sağaldacağıq. Sərhəd problemini və bizi narahat edən hər şeyi həll edəcəyik. Biz bu gün tarix yazdıq və çoxlarının keçilməsinin qeyri-mümkün olduğunu düşündüyü maneələri dəf edərək uzun bir yol qət etdik. Bu, əvvəllər heç kimin görmədiyi siyasi qələbədir. Bu, Amerikanın Qızıl dövrünün başlanğıcıdır. Bu, Amerika xalqının Amerikanın yenidən möhtəşəm olmasına kömək edəcək böyük qələbəsidir”, - Tramp bildirib.
Donald Tramp çıxışında Amerika xalqına təşəkkür edib və ABŞ prezidenti vəzifəsinə seçilməyin onun üçün şərəf olduğunu qeyd edib.
“Mən sizin, ailələriniz üçün döyüşəcəyəm. Hər gün sizin üçün döyüşəcəm. Bu, Amerikanın qızıl dövrü olacaq”, - Donald Tramp bildirib.
Qeyd edək ki, Fox News, Associated Press və BBC-nin məlumatına görə, respublikaçı Donald Tramp ABŞ-ın 47-ci prezidenti seçilib.


