06 
Nybr
2024
10:33
231

Bu gün Tbilisidə etiraz aksiyası davam edəcək

Bu gün saat 11:00-da Apellyasiya Məhkəməsinin qarşısında etiraz aksiyası keçiriləcək.

InterPress.ge xəbər verir ki, vətəndaşlar, müxalifət liderləri və vətəndaş cəmiyyəti nümayəndələri seçki mübahisələrinin müzakirəsi ilə paralel olaraq “Gürcü arzusu”nun təşkil etdiyi seçkilərə etiraz edəcəklər.

Qeyd edək ki, noyabrın 5 də olması nəzərdə tutulan müraciətdə seçki mübahisələrinə baxılması noyabrın 6- na təxirə salınıb:

"Məhkəmə 6 noyabra təxirə salınıb. Sabah saat 12:00-da birinci məhkəmə, saat 14:00-da ikinci prosesdir. Sabah saat 11:00-da hamımız bir daha bura toplaşaq. Bu gün görünürki məhkəməni bağlaylblar, deyəsən içəridə proses yoxdur, bu gün keçirilməli olan proses sabaha qədər təxirə salınıb.
Müqavimət hərəkatı güc toplayır, hər yerdə müqavimət yürüşləri olacaq...” - Birlik – Milli Hərəkat”ın liderlərindən biri Giorgi Vaşadze dünən keçirilən aksiyada müraciətində bildirib.

Xatırladırıq ki, aksiyanı müxalifət  partiyaları - “Dəyişikliklər üçün Koalisiya”, “Güclü Gürcüstan” və “Birlik – Milli Hərəkat” təşkil edir.

Bizimlə əlaqə saxlayın