İran prezidenti İrakli Kobaxidzeni “Gürcü arzusu”nun seçkilərdəki qələbəsi münasibətilə təbrik edib
İran prezidenti Məsud Fezeşkiani Gürcüstanın baş naziri İrakli Kobaxidzeni seçkilərin uğurlu keçirilməsi və “Gürcü arzusu” partiyasının qələbəsi münasibətilə təbrik edib.
InterPress.ge xəbər verir ki, bu barədə İranın Gürcüstandakı səfirliyi məlumat yayıb.
Məlumata görə, müraciətdə qeyd edildiyi kimi, prezident ümid edir ki, bu seçkilər iki ölkə arasında münasibətlərin möhkəmlənməsi və region ölkələri arasında əməkdaşlığın inkişafı üçün başlanğıc nöqtəsinə çevriləcək.
“Uğurlu parlament seçkiləri və bu seçkilərdə “Gürcü Arzusu” partiyasının qələbəsi münasibətilə Zati-alinizi və gürcü xalqını ürəkdən təbrik etmək istərdim.
İnşallah, gürcü xalqının iradəsinin ifadəsi olan bu seçkilər gürcü xalqının tərəqqisinin və rifahının, iki ölkə arasında əlaqələrin möhkəmlənməsinin, iki ölkə arasında əməkdaşlığın inkişafının başlanğıcı olacaqdır.
Mən Zati-alinizə Allahdan cansağlığı və uğurlar, dost gürcü xalqına uğurları diləyirəm”, - deyə Baş nazirə göndərilən müraciətdə bildirilir.


