Daniel Dvininq: Bu cür qüsurlu seçkilər Gürcüstanın Avropa İttifaqına qoşulmasını mümkünsüz edir
“Beynəlxalq Respublikaçılar İnstitutu”nun (İRİ)prezidenti Daniel Tvininq amerikalı senator Rocer Uikerin Gürcüstanda keçirilən parlament seçkiləri ilə bağlı sosial şəbəkədə verdiyi açıqlamaya cavab verib.
InterPress.ge xəbər verir ki, onun sözlərinə görə, bu cür qüsurlu seçkilər ölkənin Avropa İttifaqına qoşulmasını mümkünsüz edir.
“Güclü senatordan güclü sözlər. Ümid edirəm ki, Gürcüstan rəhbərliyi təhlükənin nə olduğunu anlayır - çünki gürcülərin 90%-i Avropa İttifaqına qoşulmaq istəyir, bu cür qüsurlu seçkilər bunu mümkünsüz edir”, - İRİ prezidenti yazıb.
Amerikalı senator Rocer Uiker iki gün əvvəl bəyanat yayaraq, prezident Salome Zurabişvilinin bu seçkilərin nə azad, nə də ədalətli keçirildiyi və xalqın iradəsini əks etdirmədiyi barədə fikirlərini bölüşdükləri qeyd edilir. Onun sözlərinə görə, gürcü xalqı ləyaqətli, şəffaf və hüquqi proses əvəzinə fars aldı.


