“Rusiya tərəfi Gürcüstan hakimiyyətinin nümayəndələri ilə təmasların genişləndirilməsi ilə bağlı mümkün təklifləri müzakirə etməyə hazırdır“-Lavrov
Rusiya tərəfi Gürcüstan hakimiyyətinin nümayəndələri ilə təmasların genişləndirilməsi ilə bağlı mümkün təklifləri müzakirə etməyə hazırdır”.
InterPress.ge xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
"Bizim indi diplomatik əlaqələrimiz yoxdur, çünki Gürcüstanın əvvəlki rəhbərliyi diplomatik münasibətləri dayandırıb, lakin bizim və Gürcüstan tərəfinin bir-birimizin ərazisində İsveçrə səfirliyinin maraqlar bölməsi şəklində nümayəndəlikləri var", - Lavrov deyib.
Onun sözlərinə görə, rusiyalı diplomatlar təbii ki, Gürcüstan hakimiyyətinin nümayəndələri ilə məsələləri müzakirə edəcəklər.
“Gürcüstan qonşularımızdan təmaslarla bağlı hər hansı əlavə təklif olarsa, biz onları mütləq nəzərdən keçirəcəyik, heç vaxt təmaslardan yayınmayacağıq”, - Lavrov bildirib.


