29 
Okt
2024
12:44
277

Müxalifət lideri Marneuliyə səfər edib

Müxalif lider Ana Dolidze Marneuliyə səfər edib.

InterPress.ge xəbər verir ki, o, "Gürcü Arzusu"nun vətəndaşların şəxsiyyət vəsiqələrini alaraq girov götürdüyü insanlarla görüşüb söhbət edəcəyini bildirmişdi.

Məhz bununla bağlı, Ana Dolidze Marneuliyə gələrək "Güclü Gürcüstan" partiyasının Marneuli qərargahında görüş keçirib.

"Görünür ki, "Gürcü arzusu" məhz burada, Marneuli, Bolnisi və Dmanisidə oynayıb. Bu rəqəmlər ümumiyyətlə xalqın əhval-ruhiyyəsini əks etdirmir. Xalqı qorxutmaq, satın almaq, onlara mane olmaq, lazım olduğu kimi səs verdirmək, hədə-qorxu gəlmək və əsası, Gürcüstanda olmayan insanların adı ilə səs verdirmək faktları olub. Buna görə də, qutular açılmalıdır, seçkilərə kimlərin getdiyini bilməliyik. Bununla da burada nə baş verdiyini öyrənməliyik. Təəssüf ki, məlumatlar narahatedicidir. Məhz bu bölgədə "Gürcü arzusu" hakimiyyəti çox pis hərəkət edib. Xalqa öz səsini azad şəkildə çatdırmaq hüququnu məhdudlaşdırdı. Çox yaxşı bilirik ki, azərbaycanlılar və gürcülər çox cəsarətli insanlardır, buna görə də burada narazılıqlar var. Bu rəqəmlərin demək olar ki, 80-90 faizinin niyə bu bölgədə yazıldığını öyrənmək üçün buraya gəldim. Bu rəqəmlər normal ölkələrdə olmur", - deyə Ana Dolidze bəyan edib.

Onun sözlərinə görə seçkilərin nəticələri ləğv edilməlidir.

"Demokratik ölkələrdə belə rəqəmlər olmur. Buna görə də, nəticələr ləğv edilməli, beynəlxalq iştiraklar ilə hər bir insanın öz iradəsi ilə iştirak edə biləcəyi yeni seçkilər keçirilməlidir, bundan sonra Gürcüstan əhalisinin necə seçim etdiyi açıq-aşkar bilinəcək", - Dolidze söyləyib. 

Onun sözlərinə görə, XI çağırış parlamenti baş tutmayacaq.

"Gürcüstan prezidenti parlament iclasını çağırmağa hazırlaşmır. Ona görə də parlamentdə heç kim olmayacaq", - deyə o bildirib.

Bizimlə əlaqə saxlayın