29 
Okt
2024
10:32
413

Gürcüstan hökumətinin administrasiyasında Viktor Orbaninin rəsmi qarşılanma mərasimi keçirilib

Gürcüstan hökumətinin administrasiyasında Aİ Şurasına sədrlik edən Macarıstanın baş naziri Viktor Orbanın rəsmi qarşılanma mərasimi keçirilib.

InterPress.ge xəbər verir ki, bu barədə hökümət administrasiyası məlumat yayıb.

Viktor Orbanı Gürcüstanın baş naziri İrakli Kobaxidze qəbul edib.

Mərasimdə hər iki ölkənin himnləri səsləndirilib.
Tərəflər arasında təkbətək və geniş formatda görüşlər keçiriləcək, bundan sonra İrakli Kobaxidze və Viktor Orbani mediaya birgə bəyanatlarla çıxış edəcəklər.

Məlumat üçün bildirək ki, Macarıstanın baş naziri dünən Gürcüstana rəsmi səfərə gəlib.

Hökumət administrasiyasının məlumatına görə, Orban Macarıstanın xarici işlər və ticarət naziri Peter Sijarto, Macarıstanın iqtisadi inkişaf naziri Marton Nady, Macarıstanın maliyyə naziri Mihai Varqa, dövlət katibi Yanos Mate və digər rəsmi şəxslərin daxil olduğu hökumət nümayəndə heyəti ilə ölkəyə səfər edib.

Bizimlə əlaqə saxlayın