Dimitri Peskov: Rusiyanın Gürcüstandakı seçkilərə müdaxiləsi ilə bağlı ittihamlar əsassızdır
Rusiya Gürcüstanda keçirilən parlament seçkilərinə müdaxilə etməyib, belə ittihamlar əsassızdır, Moskva bu ittihamlarl rədd edir.
InterPress.ge xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dimitri Peskov Rusiyanın Gürcüstanda keçirilən parlament seçkilərinə müdaxiləsi ilə bağlı Salome Zurabişvilinin bəyanatlarını Kremlin necə qiymətləndirdiyi ilə bağlı sualı cavablandırarkən deyib.
Onun sözlərinə görə, bu cür ittihamlar bir çox ölkələr üçün standart hal alıb.
“Biz bu cür ittihamları qətiyyətlə rədd edirik. Bilirsiniz, bu cür ittihamlar artıq bir çox ölkələr üçün standart hal alıb. Nə isə baş verən kimi dərhal Rusiyanı müdaxilədə ittiham edirlər. Heç bir müdaxilə olmayıb və iddia tamamilə əsassızdır. Biz bu ittihamları qəti şəkildə rədd edirik”, - Peskov jurnalistlərə bildirib.
Onun sözlərinə görə, hazırda üçüncü ölkənin bu seçkilərin nəticələrinə müdaxilə etməməsi çox vacibdir.
“Bu, gürcü xalqının seçimidir, indi üçüncü ölkənin bu seçkilərin nəticələrinə müdaxilə etməməsi çox vacibdir. Yeri gəlmişkən, həmin xanım (Zurabişvili) bu seçkinin nəticələrini tanımadığını bildirib.
Gürcüstan prezidentinin seçkiləri tanımaq və ya tanımamaq səlahiyyətinin olub-olmadığını dəqiq bilmirəm, lakin hər halda, bu, bütün Gürcüstanın daxili işidir”, - deyə Peskov bildirib.
Onun sözlərinə görə, Gürcüstanda sabitliyi pozmağa cəhd edilir.
“Biz bunu çılpaq gözlə görürük. Bu, əslində, açıq şəkildə elan olunur - respublikada sabitliyi pozmağa cəhd edilir. Müdaxilə cəhdlərini adi gözlə də görmək olar, amma Rusiya tərəfdən deyil. Avropa ölkələrindən və müxtəlif Avropa qurumlarından olan qüvvələr səsvermənin nəticələrinə təsir göstərməyə çalışıblar. Hətta bunu gizlətməyib, ictimai açıqlamalar veriblər. Biz daxili işlərə qarışmırıq və qarışmaq niyyətində deyilik", - Kreml nümayəndəsi bildirib.


