27 
Okt
2024
21:34
400

Prezident: Mən bu seçkiləri tanımıram

"Mən bu seçkiləri tanımıram. Bu seçkini tanımaq olmaz. Bunun tanınması Rusiyanın ölkəyə girişinin tanınmasıdır".

InterPress.ge xəbər verir ki, bu barədə prezident Salome Zurabişvili müxalifət liderləri ilə birgə keçirdiyi brifinqdə açıqlama verib.

"Bu ölkədə qalan yeganə müstəqil qurum kimi demək istəyirəm ki, mən bu seçkiləri tanımıram! Bu seçkini tanımaq olmaz, çünki bu, Rusiyanın bura girməsinin, Gürcüstanın Rusiyaya tabe olmasının tanınmasıdır. Mən bu ölkəyə bunun üçün gəlməmişəm. Atalarımız bunun üçün yaşamadılar. Biz buna dözməyəcəyik! Heç kim Gürcüstanın Avropa gələcəyini əlindən ala bilməz”, - Zurabişvili deyib.

Bundan əlavə, prezidentin qiymətləndirməsinə görə, oktyabrın 26-da keçirilən seçkilər "kütləvi saxtalaşdırılıb”.

Salome Zurabişvili deyib: "Texnologiya saxtakarlığı ağartmaq üçün istifadə olunurdu. Belə şey indiyə qədər olmayıb... Rus seçkiləri keçirilib".

Bununla belə, prezidentin qeyd etdiyinə görə, “araşdırılası çox şey var”.

Bizimlə əlaqə saxlayın