27 
Okt
2024
11:07
488

Marko Mixelson: Gürcüstanda keçirilən seçkilərin aşkar saxtalaşdırılması onun legitimliyini tanımağı mümkünsüz edir

Gürcüstan seçkilərinin aşkar saxtalaşdırılması onun legitimliyini tanımağı qeyri-mümkün edir.

InterPress.ge xəbər verir ki, bu barədə Estoniya Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Marko Mixelson X -də yazır.

“Gürcüstan seçkilərinin aşkar saxtalaşdırılması onun legitimliyini tanımağı mümkünsüz edir. Seçkiləri saxtalaşdırmaqla ölkə Avropa Birliyinə daxil ola bilməz, ancaq Rusiyanı qucaqlaya bilər”, - o yazıb.

Məlumat üçün bildirək ki, MSK-nın ilkin nəticələrinə görə, parlament seçkilərində “Gürcü Arzusu Demokratik Gürcüstan” 53,064% (955 662 səs) ilə liderdir. İkinci yerdə 11,176% (201 275 səs) toplayan "Dəyişiklik üçün Koalisiya - Qvaramiya, Melia, Girçi, Droa"dır - 9,847% (177 349); "Güclü Gürcüstan - Lelo, xalq üçün, azadlıq" - 8,998% (162 056 səs); "Gürcüstan Naminə" - 8,222% (148 077);


 

Bizimlə əlaqə saxlayın