Ermənistan bütün səviyyələrdə KTMT-də iştirakını dondurub
Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının bütün orqanlarında iştirakını dondurub.
InterPress.ge xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan bildirib
“Bilirsiniz ki, Ermənistan bütün səviyyələrdə KTMT-də iştirakını dondurub və biz bu qərarı indiki mərhələdə yetərli hesab edirik. Biz başqa qərar qəbul etməyə ehtiyac görmürük, lakin bu o demək deyil ki, başqa bir anda başqa qərarın qəbuluna ehtiyac görməyəcəyik”, - Paşinyan bildirib.
Onun sözlərinə görə, Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından tam çıxacağı günün adını çəkə bilməz.
Xatırladaq ki, iyunun ortalarında Paşinyan Ermənistanın KTMT-dən çıxmağı planlaşdırdığını açıqlamışdı. Onun izahına görə, İrəvan bunu lazım bildiyi zaman edəcək. Fevralda Paşinyan ölkənin KTMT-yə üzvlüyünün dondurulmasından danışıb, mayın əvvəlində isə Ermənistan hökuməti təşkilatı maliyyələşdirməyi dayandıracağını bəyan edib.