24 
Iyl
2024
16:08
321

2012-ci ildən Fransa Gürcüstana 945 milyon avro yardım edib- Səfirlik

2012-ci ildən bu günə kimi Fransa ölkəmizə 945 milyon avro yardım edib.

InterPress.ge xəbər verir ki, Fransa səfirliyi 2012-ci ildən Gürcüstana ayrılan büdcə və maliyyə dəstəyi ilə bağlı hesabat dərc edib.

Hesabata görə, 724 milyon avro Büdcə kreditlərindən istifadə edilib, özəl sektorda kreditlərin məbləği 185 milyon avro təşkil edib, 35 milyon avro isə qrantlara sərf olunub. 

Səfirlikdən verilən məlumata görə, vəsait aşağıdakı kimi bölüşdürülüb:

415 milyon Avro enerjiyə yatırılıb;
201 milyon Avro - sosial müdafiəyə;
185 mln. Avro - özəl sektorlar;
içməli su və tullantı suları - 96 mln avro;
Suvarma sistemi - 49 mln. avro.

Xatırladırıq ki, bundan əvvəl parlamentin sədri Şalva Papuaşvili Gürcüstanın Fransadan büdcə yardımı almadığını bildirmişdi. 

Bizimlə əlaqə saxlayın