28 
Mar
2024
09:14
316

Gürcüstanda 195 000 nəfər borcunu ödəyə bilmir

Gürcüstanda borcalanların 10,1%-nin borclarının vaxtı ötüb, bu da o deməkdir ki, onlar kreditlərini ödəyə bilmirlər.

InterPress.ge xəbər verir ki, bu, “Kreditinfo”nun 2024-cü ilin fevral ayı statistikasında öz əksini tapıb.

194 745 borcalanın borcunu ödəmə müddəti 30 gündən 3 ilə qədər ötüb, müqavilələrin sayı isə 375 137-dir. Həcmə gəlincə, söhbət vaxtı keçmiş 2 128 678 396 lari kreditdən gedir.

Lakin qeyd etmək yerinə düşər ki, bu statistikalar aydan-aya tədricən azalır. Ötən il kredit götürənlərin və ödəyə bilməyənlərin sayı 220 min nəfər olub. Ümumilikdə, fevral ayına olan məlumata görə, Gürcüstanda 1 928 017 nəfərin maliyyə sektoruna 44 097 247 574 lari borcu var.

Qeyd edək ki, borcalanların 81,7%-i bank sektorunun payına düşür, yəni fevral ayına ümumilikdə 1 578 357 borcalan banklardan 40 151 246 714 lari kredit götürüb. 

Bankdan borcalanların 6,4%-nin kreditinin vaxtı keçib ki, bu da 99 505-dir. 

Bundan başqa, Milli Bank tərəfindən tənzimlənən digər maliyyə institutlarının (mikromaliyyə, kredit təşkilatları) 756 029 kreditoru var və verilən kreditlərin məbləği 3 361 850 227 lari təşkil edir.

Bizimlə əlaqə saxlayın