30 
Avq
2023
13:16
373

Mədə kiçiltmə əməliyyatının şərtləri getdikcə sərtləşir

Bariatrik cərrahiyyə (“mədə kiçilməsi”) üçün şərtlər daha da sərtləşir. Səhiyyə Nazirliyindən bildirilib ki, bariatrik cərrahiyyənin tənzimləmə mexanizmi təkmilləşib, bunun nəticəsində bir sıra standartlar müəyyən edilib, o cümlədən xəstənin müvafiq çəki indeksindən əlavə, müşayiət olunan xəstəlikləri də olmalıdır. Həmçinin yeni standarta əsasən, əməliyyatdan əvvəl xəstənin vəziyyəti multidissiplinar komanda tərəfindən qiymətləndirilməli, müvafiq laboratoriya müayinələri aparılmalı və s.

InterPress.ge xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Xidmətin spesifikliyinə görə onun tənzimlənməsi mexanizminin təkmilləşdirilməsi də gündəmdə idi. Dəyişikliyə əsasən, qeyd olunan prosedurlar multidissiplinar klinikada aparılmalıdır. Standart həmçinin cərrahın ixtisas və təcrübəsinə dair tələbləri müəyyən edir. Qurumlar 1 oktyabr 2023-cü il tarixinədək yenilənmiş icazə şərtlərinə cavab verməlidir.

Bariatrik cərrahiyyə kifayət qədər mürəkkəb cərrahi müdaxilədir və yalnız xüsusi göstərişlər olduqda aparılmalıdır. Bu göstəricilər dünyanın müxtəlif ölkələrinin standartlarına uyğun olaraq protokolla müəyyən edilib. Xəstədə müvafiq çəki indeksi, müşayiət olunan xəstəliklər, müdaxilədən əvvəl xəstənin vəziyyəti multidissiplinar qrup tərəfindən qiymətləndirilməli, müvafiq laboratoriya müayinələri aparılmalı və s.

Analoji dəyişikliklərə ehtiyac “metabolik və bariatrik cərrahiyyə müdaxiləsi göstəriciləri” protokolu üzərində iş prosesində vurğulanıb. Gürcüstan Bariatrik və Metabolik Cərrahiyyə Assosiasiyasının mütəxəssisləri tərəfindən müvafiq tövsiyələr verilib.

Ümumiyyətlə, yeni müəyyən edilmiş icazə şərtləri tibbi xidmət təminatçılarına xəstələrə yüksək keyfiyyətli xidmət göstərmək imkanı verəcək və 2025-ci ilə qədər beynəlxalq akkreditasiya şərtlərinə cavab verməyi asanlaşdıracaq”, - deyə məlumatda qeyd edilib.

"Məlumat üçün bildirək ki, cərrahi müdaxilə üçün müəyyən edilən meyarlarda bildirilir ki, qeyri-cərrahi üsullarla əhəmiyyətli və davamlı arıqlamağa və ya müşayiət olunan xəstəliklərin yaxşılaşmasına nail ola bilməyən birinci dərəcəli piylənmə olan xəstələr üçün metabolik-bariatrik cərrahiyyənin istifadəsi tövsiyə olunur. Bundan əlavə, qeyd olunur ki, II tip şəkərli diabetli, birinci dərəcəli piylənmə olan, bədən kütləsi indeksi < 35 kq/m2 (30-34,9 kq/m2) olan xəstələrdə metabolik-bariatrik cərrahiyyə göstəricisidir.

 

 

 

Bizimlə əlaqə saxlayın