30 
Avq
2023
12:15
386

İyun-avqust aylarında Tbilisi və regionlarda qanun pozuntusu ilə fəaliyyət göstərən 18 aptek müəyyən edilib

İstintaq xidməti tərəfindən qanunsuz sahibkarlıq fəaliyyəti ilə bağlı faktlar müəyyən edilib. 

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin istintaq xidməti məlumat yayıb.

Məlumata görə, cari ilin iyun-avqust ayları ərzində Tbilisi, Sameqrelo, Şida Kartli və Kaxeti bölgələrində aparılan kompleks tədbirlər nəticəsində qanun pozuntusu ilə fəaliyyət göstərən 18 aptek müəyyən edilib.

“Gürcüstanın Maliyyə Nazirliyinin istintaq xidməti icazəsiz və icazə şərtlərini pozan apteklərin müəyyən edilməsi məqsədilə aktiv əməliyyat-istintaq fəaliyyətini davam etdirir. Cari ilin iyun-avqust ayları ərzində Tbilisi, Sameqrelo, Şida Kartli və Kaxeti regionlarında həyata keçirilən kompleks tədbirlər nəticəsində qanun pozuntusu ilə fəaliyyət göstərən 18 aptek müəyyən edilib.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan aptek müəssisələrinin fəaliyyətləri üçün lazımi icazənin olmadığı, onlardan müxtəlif adda psixotrop dərmanların və xüsusi nəzarətə götürülən dərman vasitələrinin reseptsiz satıldığı müəyyən edilib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində külli miqdarda psixotrop dərman vasitələri, onların satışından əldə edilmiş pul vəsaitləri, məlumat və sənədləri özündə əks etdirən kompüter avadanlığı aşkar edilərək götürülüb.

Hazırda 33 nəfər barəsində cinayət təqibi həyata keçirilib. İstintaq Gürcüstan Cinayət Məcəlləsinin cəza olaraq 1 ildən 3 ilədək müddətə azadlıqdan məhrumetməni nəzərdə tutan 192-ci maddəsi ilə davam etdirilir”, - deyə məlumatda qeyd olunub.

Bizimlə əlaqə saxlayın