28 
Avq
2023
11:22
617

"Regional Gənclər Şəbəkəsi Borjomi 2023" adlı düşərgə uğurla başa çatıb - FOTO

"Regional Gənclər Şəbəkəsi" Borjomi 2023 adlı düşərgə uğurla başa çatıb.

InterPress.ge xəbər verir ki, düşərgə "Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi"nin təşkilatçılığı ilə həyata keçirilib.

Düşərgə 24-25-26 avqust tarixlərində Borjomi şəhərində həyata keçirildi və düşərgədə müxtəlif bölgələrdən azərbaycanlı gənclər iştirak edirdi. Layihədə Marneuli, Bolnisi, Dmanisi, Qardabani, Saqareco və tbilisidən 54 nəfər gənc, təşkilat və media rehbərləri, jurnalistlər, ictimai fəallar iştirak etdiblər.

Düşərgəyə 24 avqust  Tbilisi şəhərində, Ulu Öndər Heydər Əliyevin büstü önünə əklil qoymaq və xatirəsini yad etməklə start verilib. 

Düşərgənin ilk günündə iştirakçılara layihə haqda məlumat verildi, GAİM-in təqdimatı keçirildi və daha sonra layihəyə qoşulmuş digər təşkilatlar öz mərkəzləri haqda iştirakçılara məlumatlar verdilər. Daha sonra GAİM-nin İcraçı Direktoru Murad Muradovun gənclərə "Sosial Medianın önəmi və ondan səmərəli istifadə" mövzusunda təlimi baş tutdu. Günə isə layihə iştirakçılarının Borjomi gəzintisiylə yekun vuruldu.

Düşərgənin ll günündə daha aktiv və enerjili olmaq üçün “Səhər idmanı” etdikdən sonra düşərgəyə rəsmi qonaq qismində qatılan Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsinin sektor müdiri Vüsal Məmmədov layihə iştirakçıları ilə görüşdü, onlara Cənab Sədr Fuad Muradovun salamlarını çatdırdı və onlara uğurlar dilədi. Daha sonra Rezo Həsənov “İnteqrasiya və Milli Mənsubiyyətimiz”, Ələddin Qarabağlı “Elmi dünyagörüşün inkişafında dünyavi elmlərin rolu və müasir texnoloji proqresin əhəmiyyəti”, Əli Bədirov “Ailə zorakılığı və erkən evliliklə bağlı qanunlar”, Aygül İsayeva “Milli-mənəvi dəyərlər və Nəriman Nərimanov”, Sevdagül Əliyeva “Azərbaycanın Musiqi Mədəniyyəti” və Rəşan Ziadəliyev “Vətəndaş” mövzularında düşərgə iştirakçılarına təlim və seminarlar keçirildi.

Günün sonunda düşərgə iştirakçıları sertifikatlarla təltif olundular.

Qeyd edək ki, "Regional Gənclər Şəbəkəsi" Borjomi 2023 adlı düşərgə Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsinin dəstəyi ilə həyata keçirilib.

 

 

Bizimlə əlaqə saxlayın