25 
Avq
2023
11:50
1359

Georgian Wings Tbilisidən Bakıya birbaşa uçuşlara başlayır

Gürcüstanın “Geosky” aviaşirkətinin sərnişin istiqaməti “Georgian Wings” daxili reyslərdən sonra beynəlxalq uçuşlara başlayır.

InterPress.ge xəbər verir ki, sentyabrın 6-dan aviaşirkət Tbilisi-Bakı-Tbilisi hava marşrutu üzrə fəaliyyətə başlayacaq.

Uçuşlar həftədə üç dəfə, hər çərşənbə, cümə və bazar günləri həyata keçiriləcək. Biletlər hələ satışda deyil.

Qeyd edək ki, Tbilisi-Batumi-Tbilisi marşrutu üzrə həftədə 12 reys həyata keçirən “Georgian Wings” 70 sərnişin üçün nəzərdə tutulmuş daha bir İtaliya-Fransa istehsalı olan ATR-72 təyyarəsini əlavə edib. Aviaparkın böyüməsi aviaşirkətə daxili regional reyslərdən əlavə sərnişinlərə yeni istiqamətlər və əlavə reyslər təklif etməyə imkan verir.

Xatırlatmaq istərdik ki, “Georgian Wings” iyulun 31-dən etibarən Tbilisi-Batumi-Tbilisi istiqamətində gündəlik reysləri fasiləsiz yerinə yetirir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər