Yuxarı qiymət həddi tətbiq olunan dərmanların siyahısı artıb
İstinad qiymətinin tətbiq olunduğu dərmanların siyahısı artıb. Ümumilikdə 2300-dən çox dərman vasitəsi üçün qiymətin yuxarı həddi müəyyən edilib.
InterPress.ge xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.
Onların hesabatlarına görə, mövcud xroniki və onkoloji dərmanlara antihipertenziv, antikoaqulyasiya, antihistamin, antibiotiklər, mədə-bağırsaq traktına təsir göstərən, ağrıkəsici və iltihab əleyhinə dərmanlar əlavə edilib.
“İlin sonuna kimi qeyd olunan qiymət mexanizmi 7000 dərman vasitəsinə qədər şamil olunacaq, nəticədə əczaçılıq bazarında aktiv dövriyyədə olan dərman vasitələri tam əhatə olunacaq.
İslahatın məqsədi vətəndaşların dərman vasitələrinə maksimum çatımlılığını təmin etməkdir. Dəyişiklik nəticəsində əczaçılıq məhsulunun qiyməti orta hesabla 40% ucuzlaşacaq.
Dərman vasitələrinin siyahısı və maksimal qiymət həddi haqqında məlumatı qeyd olunan səhifədə əldə etmək olar: nceprice.moh.gov.ge/ui/#/main - deyə məlumatda qeyd olunub.


