23 
Avq
2023
13:14
399

Təbii fəlakət bölgəsində cəsədi tapılan 29 nəfərdən 27-nin şəxsiyyəti müəyyən edilib

Şovidə təbii fəlakət bölgəsindən cəsədi tapılan 29 nəfərdən 27-nin şəxsiyyəti müəyyən edilib.

lnterPress.ge xəbər verir ki, bu barədə Raça-Leçxum-Kvemo Svaneti dövlət komissarı Papuna Marqvelidze bildirib.

Onun sözlərinə görə, itkin düşmüş 4 vətəndaşın axtarışları aktiv şəkildə davam etdirilir.

“Şovi kurort ərazisində, yəni təbii fəlakətin episentrində, həmçinin Çançaxa və Rion çaylarının məcralarında axtarış tədbirləri davam etdirilir. Kəşfiyyat işlərinin perimetri Ambrolauriyə qədər artırılıb. İtkin düşmüş 29 vətəndaşın cəsədi tapılıb, itkin düşən 4 vətəndaşın axtarışları davam etdirilir. 29 vətəndaşdan 27-nin şəxsiyyəti müəyyən edilib. Dağlarda və zirvələrdə vaxtaşırı monitorinq aparılır. Bu monitorinqə Milli Ətraf Mühit Agentliyinin ekspert qrupu və geoloqlar cəlb olunub”, - deyə Papuna Marqvelidze bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər