23 
Avq
2023
11:49
438

Gömrükçülər Tbilisi hava limanında külli miqdarda Ketamin adlı psixotrop maddə aşkar ediblər

Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin gömrük keçid məntəqələrində və rəsmiləşdirmənin iqtisadi zonalarında gömrük prosedurlarının həyata keçirilməsi ciddi nəzarətə götürülür.

lnterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidməti məlumat yayıb.

Qeyd olunan nəzarət çərçivəsində Tbilisi hava limanının gömrük-keçid məntəqəsinin gömrükçüləri şübhə əsasında apardıqları müfəssəl yoxlamalar nəticəsində Ukrayna vətəndaşına (L.F.) məxsus baqaj və əl yükündən xüsusilə külli miqdarda 9,3 kiloqram xüsusi nəzarətə götürülən “Ketamin” maddəsi aşkar edilib.

Məlumata görə, qanunu pozan vətəndaş baqajına məxsus sözügedən maddəni əvvəlcədən hazırlanmış gizlədilmiş yerə, 3 ədəd polietilen bağlamaya yerləşdirib.

Qeyd edək ki, iş materialları əlavə cavab verilməsi üçün Gürcüstan Daxili İşlər Nazirliyinin müvafiq xidmətinə təhvil verilib.

 

 

Bizimlə əlaqə saxlayın