22 
Avq
2023
12:15
374

Fəlakət bölgəsindəki son vəziyyət açıqlandı

Şovidə, təbii fəlakət bölgəsində artıq yoxlanılmamış ərazi qalmayıb.

InterPress.ge xəbər verir ki, bu barədə Oni Bələdiyyəsi merinin müavini Levan Şerazadişvili  bildirib.

Onun sözlərinə görə, vətəndaşların müraciəti əsasında torpaq kütləsinin müəyyən hissəsi yenidən yoxlanılıb.

Məlumata əsasən, cəsədi tapılan 28 nəfərdən 2-nin şəxsiyyəti hələlik müəyyən edilməyib.

“Gecə saatlarında 3 nəfəri Laqvanta kəndinə köçürüblər. Ölən 28 nəfərdən hazırda 2-də DNT testləri aparılır. Yoxlanılmamış bir kvadrat metr də qalmayıb. Vətəndaşların xahişi ilə torpaq kütləsinin müəyyən sahələri yenidən yoxlanıldı. Bundan əlavə, Çançaxi və Rion çaylarının sahillərində axtarış işləri fəal şəkildə davam edir”, - deyə Levan Şerazadişvili bildirib.

Qeyd edək ki, təbii fəlakət zonasında 4-ü uşaq olmaqla itkin düşmüş 5 nəfərin axtarışı hələ də davam edir.

Bizimlə əlaqə saxlayın