22 
Avq
2023
11:52
527

Ana Dolidze: "Pensiya agentliyinin hərəkəti xalqımıza qarşı qəbuledilməzdir"

"Pensiya yığımları ilə bağlı narahatlıqlarınızı eşidirik. Pensiya Agentliyinin hərəkəti xalqımıza qarşı  qəbuledilməzdir".

InterPress.ge xəbər verir ki, bu barədə “Xalq üçün” partiyasının lideri Ana Dolidze şəxsi Facebook səhifəsində yazıb.

Onun qeyd etdiyinə görə, “Xalq üçün” partiyası pensiya agentliyindən “qaynar xətt”in açılmasını və insanlarla konsultasiyalar aparılmasını tələb edir.

“Pensiya yığımları ilə bağlı narahatlıqlarınızı eşidirik. Pensiya Agentliyinin hərəkəti xalqımıza qarşı  qəbuledilməzdir. bu nədir? Bəzi qaydalar qoyulur. Nə izahat, nə məlumat, nə də heç nə.

Biz xahiş edirik ki:
Qərarın verilmə müddəti təxirə salınmalıdır ki, insanlara bunu öyrənmək şansı verilsin.
Qurum qaynar xətt açmalıdır
Agentlik məlumat kampaniyası aparmalıdır
İnsanları qəbul edərək ofisdə konsultasiyalar qurulmalıdır.
Mənim üçün nə edirlər ?  Minlərlə lari və sıfır xidmət", - deyə Ana Dolidze sosial şəbəkədə yazıb.

Bizimlə əlaqə saxlayın