21 
Avq
2023
13:18
428

Təbii fəlakət bölgəsindəki son vəziyyət açıqlanıb

Şovidə təbii fəlakət bölgəsində 5 vətəndaşın axtarışları hələ də davam edir.

lnterpress.ge xəbər verir ki, bu barədə Oni bələdiyyəsi merinin müavini Levan Şerazadaşvili məlumat verib. 

Onun sözlərinə görə, axtarış işləri həm Oni bələdiyyəsi, həm də Ambrolauri bələdiyyəsi ərazisində aparılır.

“İndiyədək 28 cəsəd tapılıb. İtkin düşmüş 5 vətəndaşın axtarışları davam etdirilir. Bu gün üç mərhum Kutaisi prokurorluğundan Laqvanta kəndinə aparılacaq, sabah, avqustun 28-də Temur Çarkviani, Dimitri Firtsxalava və Nikoloz Çaladze dədə-baba qəbiristanlığında dəfn olunacaqlar.

Hazırda 36 məntəqədə əməliyyat-axtarış tədbirləri davam etdirilir. Bildiyiniz kimi, həm Oni bələdiyyəsinin ərazisində, həm də Ambrolauri bələdiyyəsinin ərazisində perimetr artırılıb, axtarış tədbirləri davam etdirilir”, - deyə Şerazadaşvili bildirib.

Xatırladaq ki, avqustun 3-də Raçada sürüşmə baş verib. Təsdiqlənmiş məlumatlara görə indiyədək 28 nəfərin cəsədi tapılıb. 5 vətəndaşın axtarışları isə, davam edir. İtkin düşənlər və ölənlər arasında uşaqlar da var. Təbii fəlakət zonasından ümumilikdə 210 nəfər təxliyə edilib. Hadisə ilə bağlı Cinayət Məcəlləsinin iki maddəsi ilə istintaq başlanılıb.


 

Bizimlə əlaqə saxlayın