Gürcüstana xüsusilə külli miqdarda narkotik vasitə gətirən 3 xarici ölkə vətəndaşı saxlanılıb
Daxili İşlər Nazirliyi 3 xarici ölkə vətəndaşını qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin əldə edilməsi, saxlanması və Gürcüstan ərazisinə qanunsuz gətirilməsi ittihamı ilə saxlanılıb.
InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, saxlanılma Daxili İşlər Nazirliyi Baş Cinayət Polisi İdarəsinin Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə Baş İdarəsi, Sameqrelo-Zemo Svaneti Polis İdarəsi və Gəlirlər Xidmətinin Gömrük İdarəsinin əməkdaşlarının birgə keçirdikləri kompleks əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində həyata keçirilib.
Daxili İşlər Nazirliyinin məlumatına görə, külli miqdarda narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanması və Gürcüstan ərazisinə qanunsuz gətirilməsi ittihamı ilə aşağıdakı xarici ölkə vətəndaşları həbs edilib: 1993-cü il təvəllüdlü A.M., 1985-ci il təvəllüdlü S.T. və 1987-ci il təvəllüdlü M.L.
Məlumata əsasən, cinayət 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
“Saxlanılan şəxslərin üzərində şəxsi yoxlamalar nəticəsində polis tərəfindən sübut kimi müxtəlif növ narkotik vasitələr götürülüb. Hüquq-mühafizə orqanlarının əməkdaşları A.M.- nı Tbilisi beynəlxalq hava limanında saxlayıb. Onun şəxsi axtarışı nəticəsində 125 bağlamada 1 kilo 352 qram narkotik vasitə olan “kokain” maddi sübut kimi götürülüb. S.T-dən 50 qrama qədər narkotik vasitə olan “metadon” götürülüb. Saxlanılan M.L.-yə gəlincə, polis əməkdaşlarının şəxsi yoxlaması zamanı 1 ədəd bağlamaya yığılmış narkotik vasitə olan “kokain” götürülüb.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 260 və 262-ci maddələri ilə aparılır”, - deyə məlumatda qeyd olunub.


