18 
Avq
2023
12:50
421

II rübdə Gürcüstanın hava nəqliyyatı ilə 65,5 min sərnişin daşınıb

2023-cü ilin II rübündə Gürcüstanın hava nəqliyyatı ilə 65,5 min sərnişin daşınıb, sərnişin daşımalarının həcmi isə 147,6 milyon sərnişin-kilometr təşkil edib.

InterPress.ge xəbər verir ki, bu barədə Milli Statistika Xidməti məlumat yayıb.

Onların hesabatlarına görə, qeyd olunan dövrdə daşınan sərnişinlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 77,5 faiz, sərnişin dövriyyəsinin həcmi isə 69,5 faiz çoxdur.

“2023-cü ilin II rübündə Gürcüstanın hava nəqliyyatı ilə 10,3 min ton yük daşınıb, yük dövriyyəsinin həcmi isə 16,7 milyon ton-kilometr təşkil edir. Qeyd olunan dövrdə ötən ilin müvafiq dövrü ilə müqayisədə həm daşınmış yüklərin həcmi, həm də yük dövriyyəsi azalmışdır.

2023-cü ilin II rübündə Gürcüstanın hava limanları 1431,7 min sərnişinə xidmət göstərib ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 41,1 faiz çoxdur. 2023-cü ilin II rübündə Gürcüstan hava limanları 731,8 min sərnişin qəbul edib, 699,8 min sərnişin isə hava limanlarından yola düşüb.

Gürcüstanın hava limanlarından həyata keçirilən sərnişin reyslərinin sayına gəlincə, 2023-cü ilin II rübündə bu, 6,1 min ədəd təşkil edib ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 32,6 faiz çoxdur.

2023-cü ilin II rübündə Gürcüstanın hava limanlarında yük axınının həcmi 4,6 min ton təşkil edib. Bunun 87,0 faizi qəbul edilmiş, 13,0 faizi isə göndərilmiş yüklərin payına düşür”, - deyə məlumatda qeyd edilib.

 


Bizimlə əlaqə saxlayın



Digər xəbərlər