16 
Avq
2023
14:38
379

Gömrükçülər külli miqdarda bəyan edilməmiş siqaretlər aşkar ediblər

Ötən ayın məlumatına görə, “Sarp” və “Vale” gömrük-keçid məntəqələrində külli miqdarda bəyan edilməmiş siqaretlərin qanun pozuntusu ilə ölkə sərhədinə gətirilməsinə cəhd faktlarının qarşısı alınıb.

InterPress.ge xəbər verir ki, bu barədə Gəlirlər Xidmətindən məlumat verilib.

  Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin gömrükçüləri şübhə əsasında müxtəlif ölkə vətəndaşlarının şəxsi və onlara məxsus baqajlarından və nəzarətlərində olan avtomobillərdən 45 445 ədəd bəyan edilməmiş siqaret aşkar ediblər.

“Gürcüstan Gömrük Məcəlləsinin 168-ci maddəsinin 3-cü hissəsinə əsasən qanunu pozan vətəndaşlar sanksiya kimi mallarından məhrum edilib və hər biri 1000 lari məbləğində cərimə olunub və Gürcüstan Gömrük Məcəlləsinin 168-ci maddəsinin 3-cü hissəsinə uyğun olaraq, qanunu pozan 8 vətəndaşdan sanksiya qaydasında mallar götürülüb və hərəkət təkrar olunduğu üçün onların hər biri 3000 lari məbləğində cərimə olunub", - deyə məlumatda qeyd olunub.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər