16 
Avq
2023
11:52
474

Fəlakət bölgəsindəki son vəziyyət açıqlandı

Şovidə təbii fəlakət bölgəsində axtarış tədbirləri davam etdirilir. Son 24 saat ərzində 3 cəsədin şəxsiyyəti müəyyən edilib. Laqvanti kəndinin sakinləri Nika Çaladze, Temur Çarkviani və Dito Firtsxalava tikinti işlərinə başlamaq üçün Şoviyə gələrkən torpaq sürüşməsinin altında qalıblar.

InterPress.ge xəbər verir ki, bu barədə Raça qubernatoru Papuna Marqvelidze bildirib.


“İtkin düşən 33 vətəndaşdan indiyədək 26-nın cəsədi tapılıb, itkin düşən 7 vətəndaşın axtarışları davam edir. Ölənlərin şəxsiyyəti artıq müəyyən edilib. Əlbəttə ki, əməliyyat-axtarış tədbirləri Gürcüstanın baş nazirinin tapşırığına əsasən, vətəndaşların tapılması üçün cüzi nəzəri imkan yaranana qədər davam etdiriləcək”, - deyə Marqvelidze qeyd edib.

Xatırladaq ki, avqustun 3-də Raçada sürüşmə baş verib. Təsdiqlənmiş məlumatlara görə, Şovi qəzasında 26 nəfər ölüb, onlardan 23-nün şəxsiyyəti müəyyən edilib. Ən azı 7 nəfər axtarılır. İtkin düşənlər və ölənlər arasında uşaqlar da var. Təbii fəlakət zonasından ümumilikdə 210 nəfər təxliyə edilib. Hadisə ilə bağlı Cinayət Məcəlləsinin iki maddəsi ilə istintaq başlanılıb.
 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər