09 
Mar
2023
11:08
286

"Qanun layihəsinin geri götürülməsini alqışlayırıq, bütün siyasi liderləri avropayönlü islahatları yeniləməyə çağırırıq" - Aİ

Avropa İttifaqının Gürcüstandakı səfirliyi “Oçneba"nın "agentlər" haqqında qanun layihəsini geri götürməsi ilə bağlı verdiyi qərara münasibət bildirib.

InterPress.ge xəbər verir ki, səfirlik bu barədə Facebook-da yazıb.

"Biz hakim partiyanın "xarici təsirin şəffaflığı haqqında" qanun layihəsinin geri götürülməsi ilə bağlı bəyanatını alqışlayırıq. Biz Gürcüstanın bütün siyasi liderlərini namizəd statusu almaq üçün 12 prioritetə ​​uyğun olaraq inklüziv və konstruktiv şəkildə avropayönlü islahatları yeniləməyə çağırırıq", - deyə bəyanatda qeyd olunub.

Bizimlə əlaqə saxlayın