Üç Avropa ölkəsinin XİN rəhbərləri "agentlər" haqqında qanun layihəsi ilə bağlı bəyanat yayıblar
Estoniya, Latviya və Litvanın xarici işlər nazirləri "agentlər haqqında" qanun layihəsi ilə bağlı birgə bəyanat yayıb və bu qanun layihəsinin birinci oxunuşda qəbul olunmasından ciddi narahat olduqlarını bildiriblər.
InterPress.ge xəbər verir ki, üç Avropa ölkəsinin XİN rəhbərləri bu qanunun ölkənin Avropa İttifaqı və NATO-ya gedən yolunda əngəl törədəcəyini yazıb.
"Gürcüstan parlamentinin xarici agentlər haqqında qanunu birinci oxunuşda qəbul etməsi Gürcüstanda demokratiyanın perspektivləri ilə bağlı ciddi suallar doğurur. Biz Gürcüstan parlamentini ölkənin real maraqlarını məsuliyyətlə qiymətləndirməyə və gürcü xalqının Avropa İttifaqı və NATO-ya doğru irəliləyən demokratik ölkədə yaşamaq istəklərini sarsıda biləcək qərarlardan çəkinməyə çağırırıq.
Biz Gürcüstan hökumətini insanların dinc etiraz etmək hüququna hörmət etməyə çağırırıq”, - deyə bəyanatda bildirilib.


