Avropa İttifaqının Nümayəndəliyi: Bu qanun Gürcüstanın Avropa Birliyinə daxil olmaq məqsədinə ziddir
Avropa İttifaqının Gürcüstandakı nümayəndəliyi “Xarici təsirin şəffaflığı haqqında” qanunun dəstəklənməsi ilə bağlı bəyanat yayıb.
InterPress.ge bəyanatı nəzərinizə çatdırır:
"Çərşənbə axşamı Gürcüstan parlamenti “Xarici təsirin şəffaflığı haqqında” qanunu birinci oxunuşda qəbul edib.
Bu qanun hazırkı formada vətəndaş cəmiyyətinə və media qurumlarına mənfi təsir riski daşıyır və bu təşkilatların işindən bəhrələnən bir çox Gürcüstan vətəndaşı üçün zərərli nəticələrə gətirib çıxaracaq. Bu qanun AB dəyərlərinə və standartlarına uyğun gəlmir. Bu, Gürcüstan vətəndaşlarının böyük əksəriyyətinin dəstəklədiyi Avropa İttifaqına daxil olmaq kimi bəyan etdiyi məqsədə ziddir. Onun sonda qəbul edilməsi əlaqələrimiz üçün ciddi fəlakətli nəticələrə səbəb ola bilər.
Avropa İttifaqı Gürcüstanı demokratiyanın, qanunun aliliyinin və insan haqlarının təşviqi ilə bağlı üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyə çağırır və insanların dinc etiraz etmək hüququna malik olduğunu xatırladır”.
Dünən, martın 7-də parlament “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinə plandankənar baxaraq birinci oxunuşda qəbul edib.
Vətəndaşlar etiraz etmək üçün parlamentin qarşısına toplaşıblar. Daha sonra xüsusi təyinatlılar onları dağıtmağa başlayıb.


