28 
Fev
2023
17:36
362

Sabiq baş nazir "Xarici təsirin şəffaflığı" qanun layihəsinə münasibət bildirib

Gürcüstanın keçmiş baş naziri Giorgi Kvirikaşvilinin fikrincə, xarici təsirin şəffaflığı haqqında qanun layihəsinin qəbulu Gürcüstanın 2023-cü ildə Aİ üzvlüyünə namizəd olması vəzifəsinə düzəlməz ziyan vura bilər.

InterPress.ge xəbər verir ki, bu barədə Kvirikaşvili “Facebook”da yazır.

 Onun qeyd etdiyinə görə, sözügedən qanunvericilik təşəbbüsünün tətbiqi artıq Gürcüstanın demokratik imicinə xeyli zərbə vurub.

“Mövcud beynəlxalq və ya daxili siyasi kontekstdə qanunvericilik təşəbbüsünün tətbiqi və xarici təsirin şəffaflığı ilə bağlı ictimai müzakirələr, təəssüf ki, artıq Gürcüstanın demokratik imicinə ciddi zərbə vurub. Gürcüstanın bütün dostlarının bu qanun layihəsinin məqsədləri və yersizliyi ilə bağlı fikirləri eyni dərəcədə mənfi olduğu halda, hesab edirəm ki, onun xüsusilə sürətləndirilmiş şəkildə qəbulu Gürcüstanın 2023-cü ildə Aİ üzvlüyünə namizəd statusu vəzifəsinə düzəlməz zərər vura bilər.

Gürcüstanı Qərbə yaxınlaşdırmaq üçün indiki hakimiyyətin bir çox təmsilçiləri ilə birgə çalışmış, hakimiyyətin uğur və uğursuzluğuna biganə qalmayan bir şəxs kimi ümid edirəm ki, “Gürcü arzusu” bizi bu məqsəddən uzaqlaşdıracaq addım atmayacaq",- Kvirikaşvili yazır.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər