Castin Trüdo: "Kanada Ukraynaya daha dörd "Leopard 2"-ni tədarük edəcək"
Kanada hərbi yardım çərçivəsində Ukraynaya daha dörd "Leopard 2" rip tankı verəcək.
InterPress.ge xəbər verir ki, bu barədə Kanadanən baş naziri Castin Trüdo məlumat verib.
"Bu gün Kanada ukraynalı dostlarımıza yeni hərbi yardım elan edir. Biz Ukrayna Silahlı Qüvvələrinə əlavə olaraq dörd "Leopard 2" tankı, həmçinin bir zirehli maşın tədarük edəcəyik", - Trüdo bildirib.
O qeyd edib ki, Ukrayna həmçinin 5000 ədəd 155 mm-lik sursat alacaq ki, bu da “Ukrayna Silahlı Qüvvələrinə Ukraynanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizəni davam etdirməyə kömək edəcək”.
Beləliklə, Kanadanın "tank koalisiyasına" ümumi töhfəsi artıq səkkiz “Leopard 2” tankıdır.
Bundan əvvəl Almaniya hökuməti "Leopard 2" döyüş tanklarının Ukrayna silahlı qüvvələrinə təhvil verildiyini rəsmən elan etdikdən sonra Kanadanın müdafiə naziri 4 ədəd "Leopard 2" tankının Ukraynaya təhvil verildiyini açıqlayıb.


