22 
Fev
2023
12:16
255

İrakli Ğaribaşvilinin baş nazir təyin olunmasından iki il ötür

İrakli Ğaribaşvilinin baş nazir təyin olunmasından iki il ötür. 

InterPress.ge xəbər verir ki, parlament Ğaribaşviliyə və onun hökumət komandasına 22 fevral 2021-ci ildə etimad göstərib.

Qeyd edək ki, Ğaribaşvilinin hakimiyyəti dövründə rekord ikirəqəmli iqtisadi artım əldə edilib. İlkin proqnoza görə, ilin sonunda ÜDM-in həcmi 80 milyard lari olacaq və adambaşına 8000 dollara bərabər olacaq.

İşsizlik səviyyəsi əhəmiyyətli dərəcədə azalıb. “Sakstat”ın məlumatına görə, dövlət qulluqçularının aylıq gəlirləri də daxil olmaqla, orta əmək haqqı artıb. Yanvar ayından pensiya və sosial yardımın məbləği artıb.

Xatırladaq ki, İrakli Ğaribaşvilinin qərarı ilə Türkiyə bazarı açılıb və bəzi dərmanların qiymətləri aşağı salıb.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər