20 
Sen
2022
11:02
1599

Gürcüstanda kadr çatışmazlığı - Əhali ölkəni niyə tərk edir?

Yanlış təhsil sistemi, perspektivin olmaması, qeyri-kafi gəlir, aşağı iqtisadi artım - biznes sektoru ölkədə kadr çatışmazlığına əsas səbəb kimi bunları göstərir.

InterPress.ge xəbər verir ki, FORBES TALK-a müsahibə verərkən müxtəlif şirkətlərin nümayəndələri kadr çatışmazlığının olduğunu bildiriblər.

“Çox sayda insan ölkəni tərk edir. Onların əksəriyyəti başqa sahələr üzrə ixtisaslıdır. Pandemiya zamanı şirkətlər özünü qoruma rejimində olanda, bizə işçilərin motivasiyası haqqında düşünməyə imkan verilmədi. Həmçinin, bizdə lazımi iqtisadi artım yoxdur, buna  görə də bizneslərin işçilərin motivasiya sxemləri üçün cəsarətlə vəsait artırma imkanı yoxdur. Kadrların dəyişdirilməsi problemi var. Öz növbəsində təhsil sistemi buna töhfə vermir”, - “Dio”nun icraçı direktoru Tamaz Dauşvili bildirib.

Onun bəyan etdiyinə görə, bu gün hamı başa düşür ki, əsas qayğı insan kapitalıdır: “Biz məsuliyyət hiss edirik, amma dövlət imkanlar yaratmalı, siyasi gərginliyi aradan qaldırmalıdır, ancaq qərar qəbul edənlər bundan çəkinirlər”.

Digər tərəfdən, “Bemoni”nin idarəedici partnyoru Qiorqi Mirtsxulava kadr çatışmazlığının mühüm səbəblərindən biri kimi perspektivsizliyi göstərib.

“Söhbət etdiyimiz əməkdaşlar, gedənlər və getməyə hazırlaşanlar deyirlər ki, ayrılmanın əsas səbəbi perspektivin olmamasıdır. İnsanlar xaricə gedib orada daha tez qazanacaqlarını düşünürlər. Bu insanlara perspektiv verməsək, ölkədə tədricən kadrlar tükənəcək”, - Qiorqi Mirtsxulava bildirib.

Nodia, Urumashvili & Partners şirkətinin idarəedici partnyoru Laşa Nodia deyib ki, dövlət gənclərə peşə təhsilinin əhəmiyyəti haqqında daha çox məlumat verməlidir. Onun fikrincə, hər kəsin hüquqşünas və ya iqtisadçı olması şərt deyil.

“Təhsildə ciddi problem var. Bütün bunların ardınca o an gəlir ki, iqtisadi artım yoxdur. Bütün bunlara əsaslanaraq insanlar ölkədə durmurlar, ölkədən çıxmağa məcbur olurlar və daha çox fayda əldə etməyə çalışırlar.

Düşünürəm ki, müəyyən axını itirmişik. Bu gün biz heç olmasa övladlarımıza düzgün peşə seçmək imkanı verməliyik. Perspektiv hissəsi də önəmlidir və sistem, biznes, dövlət gənclərə göstərməlidir ki, hər kəsin hüquqşünas, iqtisadçı olması lazım deyil. Düşünürəm ki, təhsil sistemində mühüm islahatlar aparılmalıdır”, - Nodia deyib.

Bizimlə əlaqə saxlayın