06 
Iyn
2022
14:19
360

Tbilisi Dövlət Universitetində tələbələr etiraz aksiyası keçirir

Tbilisi Dövlət Universitetində tələbələr və “Təhsil uğrunda mübarizə” hərəkatı tərəfindən etiraz aksiyası keçirilir.

lnterPress.ge xəbər verir ki, aksiyanın təşkilatçıları universitetin birinci korpusunun foyesində üzərində “Təhsil uğrunda mübarizə” və “Tələbələr üçün layiqli yaşayış evi” yazıları olan pankartlar nümayiş etdirərək, dörd əsas tələb irəli sürüblər.

Tələbələrin tələbləri bunlardır: 1. Universitet rektoru Qiorqi Şervaşidzenin istefası və rektor seçkilərinin qaydalarının dəyişdirilməsi. 2. Final imtahanlarının formatının dəyişdirilməsi və imtahanların onlayn formatda verilməsi. 3. Dövlət vəsaiti hesabına tikilməli olan, yataqxananın tikintisi. 4. Maliyyə şəffaflığının təmin edilməsi.

Aksiyanın təşkilatçılarından biri Yekaterine Maisuradzenin sözlərinə görə, tələbələrin heç bir tələbi indiyədək yerinə yetirilməyib və universitetin rektoru tələbələrin maraqları ilə maraqlanmır, ona görə də əsas tələblərdən biri onun istefasıdır.

 

 

Bizimlə əlaqə saxlayın