Sinoptiklərdən açıqlama: Bu tarixdən havanın temperaturu yüksələcək
İyunun 6-dək Gürcüstanın bəzi rayonlarında, əsasən, gecə və axşam, yüksək temperatur fonunda qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Mayın 28-29-da aran rayonlarında havanın temperaturu +26, +31 dərəcə olacaq, mayın 30-da isə +30, +35 dərəcəyədək yüksələcək.
lnterPress.ge xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat yayıb.
Mayın 31-dən iyunun 3-dək Qərbi Gürcüstanda gözlənilən qısamüddətli yağışlar səbəbindən havanın temperaturu 4-6 dərəcə aşağı düşəcək. Şərqi Gürcüstanda gələn həftə yüksək temperatur fonu saxlanılacaq.
Tbilisidə mayın 28-29-da havanın temperaturu +28, +30 dərəcə, mayın 30-dan gələn həftənin sonunadək isə +32, +34 dərəcəyədək yüksələcək. Gecə və axşam saatlarında qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var.


