Həyat yoldaşını öldürən şəxs 15 il müddətinə azadlıqdan məhrum edildi
Tbilisi Şəhər Məhkəməsi ittiham tərəfinin təqdim etdiyi sübutları bölüşüb və təqsirləndirilən şəxsi həyat yoldaşını qəsdən öldürməkdə təqsirli bilib.
lnterPress.ge xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.
“Məhkəmə tərəfindən araşdırılan sübutlar təsdiq edib ki, 5 noyabr 2021-ci il tarixində Tbilisidə A.L. həyat yoldaşı S.M.-ni qəsdən öldürmək məqsədi ilə onun baş nahiyəsindən xəsarət yetirib. Aldığı xəsarətlər nəticəsində S.M. Hadisə yerində dünyasını dəyişib. Cinayəti ört-basdır etmək üçün, təqsirləndirilən şəxs hadisə yerini təmizləyib, qaz borusunu açıb və təbii qazla zərərçəkmişin ölümünün imitasiyasını yaradıb.
Tbilisi Şəhər Məhkəməsi A.L. nı Gürcüstan Cinayət Məcəlləsinin 109-cu maddəsinin 2-ci hissəsinin “f” bəndi (ailə üzvünə qarşı qəsdən adam öldürmə) ilə təqsirli bilərək 15 il müddətinə azadlıqdan məhrum edib”, - deyə məlumatda qeyd olunub.


