06 
May
2022
13:36
509

Dimitri Ramişvili: “Duru yağın yenidən bahalaşma ehtimalı var”

Gürcüstanda duru yağ yenidən bahalaşa bilər. Buna səbəb isə iyunun 1-dən Rusiyada duru yağın ixrac vergisinin 372,3 dollardan 525 dollara yüksəlməsidir.

lnterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan bazarının ən böyük duru yağ idxalçılarından biri olan Mziuri (Oleina Importer) şirkətinin Müşahidə Şurasının üzvü Dimitri Ramişvili bildirib.

O qeyd edib ki,  məhsulun qiymətinin qalxması gözlənilir.

“Qiymət mexanizmi bəlli olmasa da, bir şey aydındır, biz ucuzlaşma gözləməməliyik. Çox güman ki, duru yağ yenidən bahalaşacaq, amma rəflərdə nə vaxt, neçə faiz və hansı məbləğdə əks olunacağını söyləmək mənim üçün çətindir, baxmayaraq ki, sizə dediyim kimi, qiymətlərdə artım gözləntisi var.  Ən azı ixrac vergisinin artım komponenti təsir edəcək. Bunun nəyə başa gələcəyini bilmirik”, - deyə Ramişvili bildirib.

Onun sözlərinə görə, duru yağ qıtlığı gözlənilmir. Bazarları şaxələndirmək yalnız təkrar sığorta sayəsində mümkündür.

“Müharibədə iştirak edən iki ölkə dünya istehsalının demək olar ki, 60%-ni təşkil edir və bu miqyasda diversifikasiyadan danışmaq kifayət qədər çətindir. Regionumuzun digər istehsalçı ölkələrinə, məsələn, Türkiyəyə xammal Rusiya və Ukraynadan gətirilirdi. Ona görə də bu logistik zəncir də bu mərhələdə qırılır. Hələ şaxələndirmədən danışırıqsa, bu, Argentina və ya Cənubi Amerika ölkələri ola bilər, amma bu məsələ hələ gündəmdə deyil. Bu məqamda istehsal və logistika zəncirinin hazırkı vəziyyəti kəmiyyət kəsirinin olmayacağına dair nikbinliyə əsas verir.

Qiymət sual altındadır, hansı ki, bahalaşa bilər, amma ümumiyyətlə duru yağın olmayacağı və  rəflərdəki məhsulların yoxa çıxması barədə bir təhlükə görmürəm. Ona görə də alternativ bazar tapmaq arxa plandadır. Əksinə, digər bazarlar daha bahadır və əgər alternativ mübadilələrdən danışılacaqsa, bu, qiymət baxımından yox, yalnız kəsiri təkrar sığortalamaq üçün edilə bilər, çünki bu qiymətlər hələ də qonşu və region ölkələrindən optimaldır”, - deyə Ramişvili bildirib.

Xatırladaq ki, apreldə Rusiyadan ixrac vergisi bir ton üçün 313 dollar, martda 260 dollar, fevralda 251 dollar, yanvarda 280,8 dollar, 2021-ci ilin dekabrında 276,7 dollar, noyabrda 194,5 dollar, Oktyabrda - 227,2 dollar, sentyabrda - bir ton üçün 169,9 dollar təşkil edib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər