03 
May
2022
11:36
576

Prokurorluq bəyanat yayır

Gürcüstan Prokurorluğunun təqdim etdiyi sübutlar əsasında Tbilisi şəhər məhkəməsi 5 nəfəri terror təşkilatına üzv olmaqda, xarici terror təşkilatına qoşulmaqda və terror fəaliyyətinə köməklik etməkdə təqsirli bilib.

lnterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Prokurorluğu məlumat yayıb.

Məlumata görə, məhkəmə prosesləri və Dövlət Təhlükəsizliyi Xidmətinin Terrorla Mübarizə Mərkəzinin istintaqı zamanı tədqiq edilən sübutlar təsdiqləyib ki, Gürcüstan vətəndaşı “İslam Dövləti” xarici terror təşkilatının üzvü olub, həmçinin eyni təşkilata daha 4 Gürcüstan vətəndaşı qoşulub.

Yeni üzvlər Suriyaya getməyi və “İslam Dövləti” sıralarında döyüşməyi planlaşdırırdılar və bunun qarşısı Gürcüstan Prokurorluğu və Terrorla Mübarizə Mərkəzinin birgə tədbirləri ilə vaxtında alınıb.

Tbilisi Şəhər Məhkəməsi bir nəfəri Gürcüstan Cinayət Məcəlləsinin 328-ci (xarici terror təşkilatına yardım və terror fəaliyyətinə köməklik) maddəsi ilə təqsirli bilib və 12 il müddətinə azadlıqdan məhrum edib, 4 nəfər isə Gürcüstan Cinayət Məcəlləsinin 327-ci maddəsinin birinci hissəsi (terror təşkilatına üzv olmaq) ilə təqsirli bilinərək 10-10 il müddətinə azadlıqdan məhrum edilib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər